29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

Nazim Süleymanov: “Təxribat xarakterli suallar verməyin” (MÜSAHİBƏ)

I Liqada lider olan “İrəvan”ın baş məşqçisi Nazim Süleymanovun Futbolxeber.az saytına müsahibəsi

 

- Komandanız IV tur çərçivəsində “Araz Saatlı" üzərində 7:0 hesablı qələbə qazandı. Böyükhesablı qələbəni necə şərh edərdiz?

- Futbolçuları belə oyunlara hazırlamaq bir qədər çətindir. Rəqibin turnir cədvəlindəlindəki yerindən xəbərdar idik. “Araz Saatlı” ilk 3 turdan sonra xal qazanmamışdı. Oyun baxımından da zəif çıxış edirlər. Buna baxmayaraq, ruhdan düşmək olmaz, çalışıb, oynamaq lazımdır. Hesab böyük olsa da, deyə bilərəm ki, komandamızda müəyyən mövqelərdə boşluqlar, buraxılan səhvlər var. Yaxşı ki, bu səhvlər qapımızda qol görməyimizə gətirib çıxarmadı. Bu bir qədər sevindirici haldır. 7 top vurmaq da əladır. Qələbə həmişə müsbət amildir.

- Matçda hesabı açan Mirabdulla Abbasovu ilk hissədən sonra əvəzlədiniz. Eyni hal keçən turda da yaşanmışdı. Bu əvəzləmənin səbəbi nədir, o, tam hazır deyil?

- Mirabdullanın təcrübəsi var və məhz bu təcrübədən istifadə edib ilk qolu vura bildi. Oyunçunun peşəkarlığı komanda üçün çox vacibdir. 2:0-dan sonra əvəzləmə etdim ki, komandada oyun təcrübəsi az olanlar meydana daxil olsunlar və oynasınlar.

- Komandaya bir qədər gec qoşuldunuz. İstədiyiniz heyəti qura bilmisiniz?

- Bilirik ki, komanda I Liqada yenidir. Təzə alınan evdə təmir gedən zaman belə orada çatışmazlıqlar olur. Buna görə də irəli baxırıq. Bundan daha yaxşı oynamağa çalışacağıq.

- İlk 4 tur ərzində "İrəvan" hələ ki məğlub olmayıb. Uğurlu starta baxmayaraq, komanda və rəhbərliyi haqqında mətbuatda, sosial şəbəkələrdə neqativ xəbərlər səngimək bilmir...

- Xahiş edirəm ki, təxribat xarakterli suallar verməyin. “İrəvan”da hər şey qaydasındadır. Komanda oynayır, kollektiv var. Siz jurnalistlərin guya problemi yoxdur? O qədər probleminiz var ki. Hər bir yerdə problem var. Biz burada həmin problemləri aradan qaldırmaq, komandanı inkişaf etdirmək üçün varıq.

Fərəc ASLANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30