29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

“Fikrimcə, “Qarabağ” “Hekken”ə 2 top fərqi ilə qalib gələcək” - AÇIQLAMA

“Fikrimcə, "Qarabağ" bu gün 2 top fərqi ilə qalib gələcək. Əgər "Hekken"ə qalib gələ bilməsək, qrupda ikinci yer uğrunda mübarizə aparmağımız sual altına düşər”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri futbol mütəxəssisi Aslan Kərimov UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində keçiriləcək “Hekken” - “Qarabağ” oyunu barədə danışarkən deyib.

Veteran futbolçu qeyd edib ki, Ağdam klubu İsveç çempionunu təcrübəsinə görə üstələyir:

“Bu qrupda “Qarabağ” istər “Mölde”dən, istərsə də “Hekken”dən üstündü. Həm büdcə, həm də təcrübə baxımından. İndi qalır bunu meydanda sübut etmək. “Qarabağ”ın oyun üslubu da Skandinaviya təmsilçiləri ilə matçlarda uğur qazanmağa imkan verir. Mənə elə gəlir ki, "Hekken" "Mölde"dən zəifdir. Potensial olaraq "Qarabağ"ın oyunçularının gücünə əsasən bu oyunda rahat qalib gələcəyimizi fikirləşirəm. Heç-heçəni düşünmək belə istəmirəm. "Qarabağ" bu matçda çətinlik çəkməli deyil. İsveç təmsilçisi ağır müdafiəçilərə malikdir. Belə bir oyunçulara qarşı "Qarabağ"ın hücumçuları bu xətti yara biləcək”.

Azad NURİYEV

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30