29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

“Media-5” turnirində ilk tur yekunlaşdı: “Dinamo-Bakı” qələbə ilə başladı

AFFA-nın dəstəyi, İctimai Futbol Təşkilatları İctimai Birliyinin təşkilatçılığı ilə idman jurnalitləri arasında tanınmış idman jurnalisti, mərhum Elnur Əşrəfoğlunun xatirəsinə həsr olunmuş “Media turniri-5” start götürüb.

Futbolxeber.az saytının məlumatına görə, yarışda 8 komanda dairəvi sistemlə mübarizə aparır.

Turnirin açılış matçında yarışda müsabiqədənkənar iştirak edən “Əşrəfoğlunun dostları” “CBC Sport”ıa üz-üzə gəlib. Start fitindən öncə mərhum idman jurnalisti Elnur Əşrəfoğlunun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca komandalar xatirə fotosu çəkdirib. İlk oyunun günündə “Əşrəfoğlunun dostları” “CBC Sport”u 10:6, “Sportal” isə “Dostluq” komandasını 12:1 hesabı ilə üstələyib.

İkinci oyun günündə isə daha iki görüş baş tutub. "Xəzər " "Zəngəzur"a 6:2 hesabı ilə qalib gəlib.

Futbolxeber.az saytının 3 əməkdaşının yer aldığı "Dinamo-Bakı” isə “Futbol+”i məğlub edib.

"Əşrəfoğlunun dostları" - "CBC Sport" 10:6

Qollar: Səlim Abbasov (5), Rəşad Şükürov (2), Nurani İsgəndərov (2), Tarıyel İsgəndərov – Şəmsəddin Abbasov (2), İsmayıl Abdullayev (2), Firuz Abdulla, Rüstəm Əfsərli.

“Sportal” - “Dostluq” 12:1

Qollar: Mirbağır Cəfərli (5), Emin Abbasov (2), Sərxan İbrahimoğlu (2), Xanoğlan İmanov (2), Anar Əsədov – Emin Ağa.

“Zəngəzur” – “Xəzər” 2:6

Qollar: Səbuhi Həsənov, Kənan Həsənov - Nurlan İbrahimov (3), Fərid Ramazanov, Səxavət Qurbanov (2)

“Dinamo-Bakı” - “Futbol+” 10:5

Qollar: Məsim Məsimzadə (7), Səfər Qazıyev, Babək Cahandarov(2 ) - Araz Babayev, İlkin Sultan, İsmayıl Xeyrullayev, Mahir Rüstəmli, Əli Raufoğlu

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30