29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

Qurban Qurbanov: "Təxribatlara ancaq qorxaqlıq kimi baxıram"

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Hekken”lə səfər matçından əvvəl mətbuat konfransı keçirib.

Futbolxeber.az saytının məlumatına görə, o, qarşılaşmanın hər iki tərəf üçün vacib əhəmiyyət daşıdığını bildirib: “Bəlkə də, ilk oyundakı 0:4 hesablı məğlubiyyət hamıda başqa fikir formalaşdırıb. Ancaq rəqibin oyunlarını yaxından analiz etdik. Özünəməxsus oyun üslubu var. Topa yaxşı yiyələnirlər. Bu komandaya qarşı diqqət olunmalıdır. Futbolçularım meydanda ən yaxşısımı etməyə çalışacaq”.

Qurbanov isveçli jurnalistin “Minlərlə insan Qarabağdan köçür. Bu, kluba necə təsir etdi?” sualını belə cavablandırıb: “Ətraflı məlumat verməyə ehtiyac yoxdur. Hamının bu olaydan xəbəri var, olub. Hamı bilirdi ki, biz öz torpaqlarımızda rahat yaşaya bilmirdik. Digər ölkənin nümayəndələri orada yerləşmişdi. Amma bu gün onlar öz doğma ölkələrinə gedirlər. Bizim öz azərbaycanlılarımız isə 30 ildən sonra doğma torpaqlarına qayıdırlar. Bizimkilər çox gözəl şəkildə digər ölkənin nümayəndələrini yola salırlar. Hamı görür ki, nə köməklik lazımdırsa, edirlər. Onlar üçün çox rahat şərait yaradılıb və onlar ölkələrinə gedirlər. Bizim öz torpaqlarımızın geri qayıtmasına gəlincə, hamı bilir ki, biz Azərbaycanı təmsil edirik. Özümüzü oyunlarda rahat və yaxşı hiss edirik. Gözümüz, fikrimiz orada deyil. Qarabağ Azərbaycanın olub və Qarabağ Azərbaycandır”.

O, avrokuboklarda məqsədləri barədə bunları söyləyib: “Böyük təcrübəyə malikik. Neçə illərdir ki, Avropa Liqanın qrup mərhələsində oynayırıq. Məqsədimiz daha yaxşı olmaq, daha çox inkişaf etməkdir. Klub olaraq bunu çox istəyirik. Sadəcə, bəzən hər şeyə real baxmalıyıq. Bəzən olub ki, şanslarımız daha  böyük olub, bundan istifadə edə bilməmişik. Şanslarımız az olan vaxtı isə bundan yararlanmışıq. Məqsədimiz minimum stabilliyi qoruyub-saxlamaq və gələcəkdə şərtlərə görə daha yaxşı, daha uğurlu nəticə əldə etməkdir”.

“Qarabağ”ın çalışdırıcısı komandasının uğursuz reseptini belə açıqlayıb: “Böyük ehtimal ki, işgüzarlıq və rəhbərliyin də, bu klubu qoruyub-saxlaması. Qarabağ adı bizim üçün çox önəmlidir. Əlimizdə olan şərtlərlə qorumağa çalışdıq. Məncə, iş saatımız çox oldu və klub olaraq çox əziyyət çəkirdi. Şükür Allaha, bu gün əziyyətimizin bəhrəsini görürük. Sadəcə, klub olaraq, öz işimizi, peşəmizi çox sevirik. Bu işə çox hörmətlə yanaşırıq. Uğurun açarı da bundandır. Amma bu o demək deyil ki, biz böyük uğur əldə etmişik. İşimizdən həm razıyıq, həm də narazıyıq. Çünki razıyıq ki, minimum stabilliyi qoruyub-saxlaya bilmişik. Narazıyıq ona görə ki, irəli getmək üçün şanslarımız olub, amma bəzən bizdən asılı olmayan reallıqlar baş verib. Hansı ki, bunu bacarmamışıq. Bəlkə də, daha yaxşı nəticə əldə etmək olardı”.

Q.Qurbanov hədəflərindən də söz açıb: “Dəfələrlə demişəm ki, qarşımızda elə hədəf yoxdur ki, mütləq qrupdan çıxmalıyıq və ya 1/8 finala  kimi getməliyik. Amma hansı turnirdə iştirak ediriksə, həmin turnirdə ən yaxşısı olmağa çalışırıq”.

"Qarabağ" uğuru ilə Qarabağ həqiqətlərini həmişə dünyaya çatdırıb. Ağdam klubunun oyununda hər zaman təxribat baş verməsi ehtimalı və sabahkı matçda təxribat baş verə biləcəyi haqda xəbərə təcrübəli mütəxəssis belə reaksiya verib: “Bəli, belə hallar olub. Dəfələrlə biz bunun şahidi olmuşuq. Amma futbolçularla daim bu haqda söhbətimiz olur. Çünki biz Azərbaycanı təmsil edirik vəözümüzü klub olaraq intizamlı aparmağa çalışmışıq. Bu o demək deyil ki, kimdənsə qorxuruq, çəkinirik. Sadəcə, çalışmışıq ki, özümüzü idman prinsiplərinə uyğun aparaq və ölkəmizi layiqincə təmsil edək. Burada tək oyunumuz deyil, meydanda və meydandan kənardakı davranışımız da çox vacibdir. İstənilən təxribata öz reaksiyamızı göstərmişik. Bunu da çox intizamlı formada etmişik. Təxribatlara ancaq qorxaqlıq kimi baxıram. Bizim üçün bunun önəmi yoxdur. Sadəcə reaksiya verməli deyilik. Amma lazım olanda, reaksiya da veririk”.

Sonda o, zədəli Marko Veşoviçin durumuna aydınlıq gətirib: “Hələ ki, komandaya qoşulmayıb, fərdi məşqlərə başlayıb. Meydanlara qayıtması xeyli vaxt alacaq. Böyük ehtimalla, bir ay olmayacaq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30