29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

Premyer Liqamızın ikinci ən yaşlı futbolçusu: “Sabahı düşünən adam deyiləm, bu günlə yaşayıram”

“AZƏRBAYCANDA BU CÜR HAMININ BİR-BİRİNİ BÜDRƏCƏYİ ÇEMPİONAT GÖRDÜYÜMÜ XATIRLAMIRAM”

“Zirə”nin qapıçısı Anar Nəzirovun Futbolxeber.az saytına müsahibəsi

 

- Bu günlərdə növbəti ad gününüzü qeyd etdiniz. Bu münasibətlə sizi təbrik edirik.  40 yaşa 1 addım qalmış Anar Nəzirov özünü necə hiss edir?

- Diqqətiniz üçün təşəkkür edirəm. Yaş sadəcə bir rəqəmdi. Zamanı saxlamaq olmur, keçib gedir. Özümü gümrah hiss edirəm, hər şey qaydasındadı.

- Hazırda Azərbaycan Premyer Liqasında “Turan Tovuz”lu həmkarınız Kamal Bayramovdan sonra ikinci ən yaşlı futbolçusuz. Daha neçə futbol il oynamağı planlaşdırırsınız?

- Sabahı düşünən adam deyiləm, bu günlə yaşayıram. Bu mövsüm komandamızın uğur qazanmağı üçün əlimdən gələnini ən yaxşısını etməyə çalışıram.

- Qapıçı mövqeyi elədir ki, 40 yaşdan sonra da oynamaq olur. Günümüzdə bunun ən bariz nümunəsi 44 yaşlı Canluici Buffondu. Anar Nəzirovun da Buffonun yolu ilə getmək fikri var?

- Avropada bunun örnəyini görmüşük. İstər Van der Saar olsun, istər Buffon olsun. Hətta yadımdadır ki, Van der Saara 41 yaşında yeni müqavilə təklif edilmişdi, amma karyerasını bitirdi. Gələcəkdə necə olacaq bilmək olmur, biz başqa şey planlaşdıra bilərik, amma həyatda başqa şeylər olur. Ona görə də gələcəkdə nəyin necə olacağını indidən demək istəmirəm. Elə yaş dövrüdü ki, ola bilsin xırda bir zədədən və ya başqa səbəblər karyeramıza təsir etsin.

- Artıq indidən gələcək barədə düşünürsünüzmü, hansı vəzifədə çalışacağınızı müəyyənləşdirmisinizmi?

- Gələcək planlarım var, futbol sahəsində çalışırıq, başqa işimiz olmadığı üçün elə planlarımızı da futbol üzərində qurmuşuq. Əsas məqsədimiz futbolda qalmaqdı.

- Azərbaycanda baş məşqçilər arasında keçmiş qapıçılar demək olar ki, yoxdur. Bunu nə ilə əlaqələndirmək olar?

- Düzdü, hazırda ölkəmizdə bu cür baş məşqçilər yoxdu. Bir ara Nizami  Sadıqov “Turan”da baş məşqçilik edirdi. Ondan başqa görməmişəm. Yəqin ki, öz işlərinə uyğun - qapıçı məşqçisi kimi  çalışmağı xoşlayırlar.

- Cari mövsümün geridə qalan 8 tur ərzində “Zirə”nin çıxışını necə qiymətləndirirsiniz?

- Komandamız uğurlu çıxış edir. İnanıram ki, növbəti oyunlarda daha inamlı təsir bağışlayacağıq. “Zirə”nin uğurlu çıxışında qapıçı Tiaqonun da rolu var, əlindən gələni edir. Qapıçı elə mövqedir ki, burda dəyişiklik az olur. Qapıda durmaq stabillik tələb edir.

- Cari mövsüm Premyer Liqanın gedişatını necə şərh edərdiz?

- Möhtəşəm. Həqiqətən də bütün komandalar bir-birindən xal ala biləcək potensialdadır. Məsələn, görürsən ki, hətta hazırda sonuncu pillədə olan "Kəpəz" "Neftçi", "Qarabağ", "Sabah" kimi komandaları büdrədir. Komandaların səviyyəsi bir-birinə yaxındı. Hər oyunda ciddi hazırlaşmaq lazımdı. Elə oyun yoxdu ki, potensial 3 xal gözü ilə baxasan. Neçə illərdi Premyer Liqadayam, bu cür hamının bir-birini büdrəcəyi çempionat gördüyümü xatırlamıram. Hər komandanın sistemi var, məşqçi işləri görünür. Hamı yüksək yerlər uğrunda mübarizə aparır, rəqabət var. Bu da çempionatımızı gözəlləşdirir.

- “Zirə”ni cari mövsümün sonunda medalçılar sırasında görə biləcəyik?

- İstəyimiz odur, amma indidən may ayı haqda danışmaq tezdi. İndi hazırkı oyunlarımızı düşünürük, qələbə qazanmaq istəyirik. İndiyə qədər 8 həftə ərzində üst pillələrdə yer almışıqsa, sona qədər belə qalmaq istəyirik.

Azad NURİYEV

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30