29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

“Araz-Naxçıvan”ın qələbəsinin memarı: “Qəhrəman yox, xoşbəxtəm...”

Azərbaycan Premyer Liqasının VIII turunda “Zirə”ni qəbul edən “Araz-Naxçıvan” minimalhesablı qələbə qazanmaqla həm xal ehtiyatını artırmış oldu, həm də turnir cədvəlindəki mövqeyini yaxşılaşdırmaqla liderlə xal fərqini 3-ə endirdi. Matçın taleyini həll edən yeganə qolun müəllifi Nuno Rodriqesin arazpfk.com-a müsahibə verib. Futbolxeber.az saytı həmin müsahibəni təqdim edir:

- “Zirə” ilə oyundan sonra özünü necə hiss edirsən?

- Açığı, oyun çox gərgin keçdi. Bunu gözləyirdik. Çünki qarşımızdakı komanda turnir cədvəlinin zirvəsində yer alırdı. Hazırlığımızı da buna uyğun görmüşdük. Bu komandanın oyun üslubu da fərqli idi. Bizə isə yaxşı oynamağımıza rəğmən yenildiyimiz “Səbail”lə matçdan sonar mütləq qələbə qazanmaq lazımdı. Səbirlə oynadıq, az səhv etdik və lazım olan qolu vurduq. İqorun qırmızı almasına üzüldüm.

- Özünü oyunun qəhrəmanı hesab edirsən?

- Elə deməzdim. Futbol komanda oyunudur və biz kollektiv olaraq bu qələbəni qazandıq. Qolu mən vurdum, amma ona qədər gör neçə futbolçumuz əziyyət çəkdi. Abdulla cinahı təkbaşına yardı və topu mən olan nöqtəyə qədər daşıdı. Qəhrəman yox, xoşbəxtəm, çünki komandamın qələbə qazanmasına kömək edə bildim, liqada ilk qolumu vurdum. Komanda olaraq ən yaxşı oyunlarımızdan birini keçirdik. Kiminsə əməyini itirmək, qiymətləndirməmək olmaz.

- Birinci dövrənin yekunlaşmasına cəmi bir tur qalıb. “Araz-Naxçıvan”ın çıxışını necə dəyərləndirirsən?

- Mövsümün əvvəlindəki vəziyyətimizi hər kəs bilir, yenidən onları sadalamaq istəmirəm. Bu günə qədər baş verənləri analiz etsək, müsbət dinamika və inkişaf edən “Araz-Naxçıvan” görərik. Ancaq bununla kifayətlənmək olmaz. İnkişaf daimi və davamlı olmalıdır.

- Dövrəyə “Sabah”la matçla yekun vurulacaq. Ötən mövsümün bürünc medalçısı ilə görüşdən gözləntin nədir?

- İndiyə qədər keçirdiyimiz oyunların hamısı çətin keçib. Bu görüş də istisna deyil. Ancaq baş məşqçimiz heç vaxt bizə heç-heçə etmək tapşırığı verməyib. Digər oyunlara qələbə istəyi ilə çıxdığımız kimi, bu  dəfə də 3 xal qazanmaq üçün səfərə çıxacağıq. İstəyirik dövrəni major notlarla yekunlaşdıraq və milli komandaların oyunları ilə bağlı yaranacaq fasiləyə müsbət əhvalla yollanaq.

- Premyer Liqa haqda nə deyə bilərsən? Gözlədiyindən daha maraqlı keçir, yoxsa təxmin etdiyin kimi davam edir?

- Azərbaycan Premyer Liqasının öz özəlliyi var. Portuqaliyada öyrəşdiyimdən fərqli, amma eyni dərəcədə rəqabətli və cəlbedici bir liqadır. Sadəcə, buradakı komandaların oyun üslubu başqadır.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30