19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

Millimiz Antalyada 3 yoxlama oyunu keçirəcək

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yanvarın 21-dən 31-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək.

Futbolxeber.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, hazırlıq müddətində U-19 yanvarın 24-də və 28-də Kosovonun müvafiq yaş qrupundan ibarət yığması, yanvarın 30-da isə “Krasnodar” klubunun əvəzedici komandası ilə yoldaşlıq oyunu keçirəcək.

Kosovo millisi ilə oyunlar yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 19:00-da), sonuncu qarşılaşma isə saat 15:00-da (Bakı vaxtı ilə saat 16:00-da) başlayacaq.

Toplanışda 24 futbolçu iştirak edəcək: Zahid Mərdanov, Elçin Mustafayev, Kamran Məmmədov, Tolqar Yaqubov, Tahir Zeynalov, Şakir Seyidov, Emil Qasımov (hamısı “Səbail”), Səbuhi Abdullazadə (“Sumqayıt”), Sərcan Ömərov, Elvin Cəfərquliyev (hər ikisi “Keşlə”), Nicat Mehbəliyev, İbrahim Hüseynov, Rauf Hüseynli, Turan Vəlizadə, Tural Bayramov, Xəqani Sadıqov (hamısı “Qarabağ”), Ayxan Arazlı, Fərid Nadirov, Rüstəm Nuriyev, Kamran Quliyev, Samir Qurbanov, Məhəmməd Məhərrəmov (hər ikisi “Qəbələ”), Nail Alışov (“Neftçi”), Elnur Ibrahimov (“Spartak-2”, Moskva, Rusiya).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31