29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Xarici futbol

Qvardiola Kloppun gedişi barədə: “Bundan sonra daha rahat yatacam”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Yurgen Kloppun mövsümün sonunda “Liverpul”u tərk etməsinə münasibət bildirib.

Futbolxeber.az saytının məlumatına görə, ispan mütəxəssis “Sky Sports”a açıqlamasında bildirib ki, növbəti mövsümdən gecələr daha yaxşı yatacaq:

“Liverpul”a qarşı oyunlar demək olar ki, kabusa çevrilmişdi. Ona görə də bundan sonra daha rahat yatacam (gülür). Təbii ki, Kloppun yeri görünəcək. Xəbəri eşidəndə sanki “Mançester Siti” nəsə itirib kimi bir hiss keçirdim. “Liverpul” bizim ən böyük rəqibimizdir. Klopp isə mənim üçün həyatımdakı ən yaxşı rəqib idi. Premyer Liqa üçün onun xarizması, şəxsiyyəti çatışmayacaq. Hər zaman Kloppun işə yanaşmasına, pozitivliyinə heyran olmuşam. Təbii ki, mən ona hər şeyin ən yaxşısını arzulayıram”.

Xatırladaq ki, cümə günü Yurgen Klopp mövsümün sonunda “Liverpul”dan ayrılacağını açıqlayıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30