11 May 2024, Şənbə
AFFA “sıfırlandı” - QEYD
XXXV turun hakim təyinatları
"Turan Tovuz"dan müraciət
Yassin Benzia Fransa klubuna keçir?

Ölkə futbolu

“Forza Neftçi” qayıdır: Çağırışa müsbət cavab verildi

Xəbər verdiyimiz kimi, "Neftçi" azarkeşlərinə müraciət edib. Paytaxt təmsilçisi son vaxtlar komandanın oyunlarını boykot edən azarkeşləri yenidən stadiona səsləyib.

Futbolxeber.az saytının məlumatına görə, artıq komandanın əsas azarkeş qrupu "Forza Neftçi" də müraciətlə bağlı bəyanat yayıb:

"Klub tərəfindən edilmiş çağırışa “Neftçi” adını nəzərə alaraq cavab verir, eləcə də, keçdiyimiz günlər ərzində Müşahidə Şurası ilə təşkil olunmuş görüş zamanı klubun vəziyyəti, bundan əvvəl olanlar və qarşıdakı hədəflər haqqında müzakirələr apardığımızı bildirərək mövqeyimizi açıqlayırıq.

Klubun dirçəlməsi və layiq olduğu yerlərə qayıtması məqsədi ilə növbəti 5 oyunun vacibliyini qeyd edib, son zamanlar baş verənlərin və "flaqman"ın adına layiq olmayan hadisələrin təkrarlanmayacağına ümid edirik. Hər zaman arxasında durduğumuz komandanın bu çətin - 5 oyunluq periodunda yanında olacağımızı bildiririk.

Biz - azarkeşlər yenə də öz üzərimizə düşəni edəcəyik. Siz də atacağınız hər addımın azarkeşlər tərəfindən dəqiqliklə izlənəcəyini bilməli və prioritetinizin “Neftçi” adının yüksəklərdə saxlanmalı olduğunu sübut etməlisiniz".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31