20 May 2024, Bazar ertəsi
Mövsümün bəxtsizi - “Səbail”
"Qarabağ"dan son 27 ilin rekordu
"Ən zəif oyunlarımızdan biri idi"
"Qəbələ"dən ardıcıl 3-cü qələbə

Digər idman növləri

Rafiq Hüseynov: “Bu, Azərbaycan xalqının qələbəsidir”

“Bu, tək mənim yox, bütün Azərbaycan xalqının qələbəsidir”.

Futbolxeber.az saytının Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bunu Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan Rafiq Hüseynov deyib.

Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində finala vəsiqə qazanmaqla uğura imza atan idmançı 87 kq çəki dərəcəsində mübarizə aparmağın çətin olduğunu bildirib: "Bu çəkidə mübarizə aparmaq fərqli idi. Müəyyən səbəblərdən Bakıda keçirilən lisenziya xarakterli turnirdən kənar qalmışdım. Amma İstanbuldakı yarışda özümü göstərə bildim".

35 yaşlı güləşçi Yay Olimpiya Oyunlarına ciddi hazırlaşacaqlarını bildirib: "Qarşıda bizi güləş üzrə U-23 Avropa çempionatı gözləyir. Biz təcrübəli idmançılar gənclərə dəstək olmalıyıq. Daha sonra Paris-2024 Yay Olimpiya Oyunları başlayacaq. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Düşünürəm ki, bu, mənim karyeramda son olimpiada olacaq".

Qeyd edək ki, R.Hüseynov yarımfinalda gürcüstanlı Laşa Qobadzeyə qalib gələrək Paris olimpiadasına lisenziyanı təmin edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31