20 May 2024, Bazar ertəsi
"Ən zəif oyunlarımızdan biri idi"
"Qəbələ"dən ardıcıl 3-cü qələbə
Miodraq Bojoviçdən qələbə şərhi
"Zirə" və "Neftçi"dən vacib qələbə

Digər idman növləri

"Bu, gənc oyunçularımıza təcrübə qazanmaları üçün yaxşı şansdır”

“Qızıl Avropa Liqası gənc oyunçularımıza təcrübə qazanmaları üçün yaxşı şansdır”.

Futbolxeber.az saytının məlumatına görə, bunu milli komandamızın üzvü Marqarita Stepanenko deyib.

Bir müddət əvvəl Macarıstanın "Bekeşçaba" komandasından ayrılan voleybolçu Qızıl Avropa Liqasında uğurlu çıxış edəcəklərinə inandığını bildirib: "Məşqlərə Bakıda start verdik. Ayın 9-da Sloveniyaya gedəcəyik. Orada da yoxlama oyunları nəzərdə tutulub. Məşqlərimiz yaxşı gedir. Komandamıza gənc oyunçular cəlb olunub. Əvvəlki heyətdən 4-5 voleybolçu var. Onlar yaxşı komandalara qarşı oynayıb, təcrübələrini artırmaq imkanı qazanıblar. Əlbəttə ki, biz də yaxşı nəticələr qazanmaq istəyirik. Düşünürəm ki, Faiq Qarayevin rəhbərliyi ilə hər şey yaxşı olacaq".

Qeyd edək ki, Azərbaycan millisi Qızıl Avropa Liqasında ilk oyununu mayın 17-də Xorvatiyaya qarşı keçirəcək. Mayın 18-də isə yığmamız Slovakiya ilə qarşılaşacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31