20 May 2024, Bazar ertəsi
Mövsümün bəxtsizi - “Səbail”
"Qarabağ"dan son 27 ilin rekordu
"Ən zəif oyunlarımızdan biri idi"
"Qəbələ"dən ardıcıl 3-cü qələbə

Digər idman növləri

Azərbaycanın üç güləşçisi olimpiadaya vəsiqə qazandı

Azərbaycanın üç yunan-Roma güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Futbolxeber.az saytının məlumatına görə, İstanbulda keçirilən Dünya Olimpiya Təsnifat turnirində ilk olaraq Murad Məmmədov (60 kq) Aleksandrs Jurkansı (Latviya) 10:1, Kristofer Krameri (Almaniya) 10:1, Mixal Trakı (Polşa) isə 5:1 hesabı ilə məğlub edib.

Məmmədov yarımfinalda Razvan Arnaut (Rumıniya) üzərində 8:2 hesabı ilə qalib gələrək Olimpiya lisenziyasını qazanıb.

Rafiq Hüseynov (87 kq) da Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. 35 yaşlı idmançı təsnifatda İlias Paqkalidisə (Yunanıstan) 3:1, Kumar Sunilə (Hindistan) 4:3 və Aleks Kessidisə (İsveç) 2:1 hesabı ilə qalib gəlib. O, yarımfinalda gürcüstanlı Laşa Qobadzeni məğlub edərək Olimpiya lisenziyası qazanıb.

Sabah Şəriati (130 kq) isə Nikolas Ntuniası (Yunanıstan) 8:3, Roman Kimi (Qırğızıstan) 10:0 və Mantas Knystautası (Litva) 1:1 hesabı ilə məğlub edib. Yarımfinal görüşündə o, Pavel Qlinçuka (AİN) qalib gələrək (1:1) Olimpiya lisenziyasını qazanıb.

Beləliklə, Azərbaycan Olimpiadaya 23-cü lisenziyanı əldə edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31