20 May 2024, Bazar ertəsi
Mövsümün bəxtsizi - “Səbail”
"Qarabağ"dan son 27 ilin rekordu
"Ən zəif oyunlarımızdan biri idi"
"Qəbələ"dən ardıcıl 3-cü qələbə

Ölkə futbolu

"Turan Tovuz"dan müraciət

"Turan Tovuz" klubu azarkeşlərinə müraciət edib.

Futbolxeber.az saytının məlumatına görə, müraciətdə deyilir:

"9 illik həsrətdən sonra komandamızın Premyer Liqaya yüksəlməsi hər birimizə sevinc bəxş etdi. Məsuliyyətli yolda geniş və əhatəli inkişaf planı hazırlayaraq Premyer Liqada qalıcı və bütün sahələr üzrə peşəkar klub formalaşdırmağı hədəfləmişik.  Bütün işlərin həyata keçməsi üçün öz gücümüz, maliyyə imkanlarımız daxilində əlimizdən gələni əsirgəməyəcəyik. Strategiyamızı, missiyamızı dəfələrlə ictimaiyyətə açıqlamışıq. Məqsədimiz pillə-pillə bütün çatışmazlıqları aradan qaldırıb, gələcəkdə həm akademiyamızın bəhrəsindən yararlanmaq, həm də medallar uğrunda mübarizə aparan komanda formalaşdırmaqdır. Bunun üçün zaman və səbir lazımdır. Cari mövsümün əvvəlində də qarşımıza qoyduğumuz məqsəd Premyer Liqada möhkəmlənmək, təcrübə toplamaq, mərhələli şəkildə bütün sahələrdəki çatışmazlıqlarımızı aradan qaldırmaq olub. Buna baxmayaraq, komandamız avrokuboklara vəsiqə qazanmaq şansını sona 5 tur qalmışa kimi davam etdirdi. “Turan Tovuz” azarkeşləri komandalarına bağlılığı ilə seçilib və diqqət mərkəzində olub. Klubumuz həmişə bütün çətinliklərə azarkeşləri ilə birlikdə sinə gərib, məqsədlər uğrunda bir ailə kimi birlikdə addımlayıb. Hər zaman azarkeşlərimizin irad və tənqidlərini anlayışla qarşılayıb nəticə çıxartmağa çalışmışıq. Bildirmək istəyirik ki, klub rəhbərliyi seçdiyi yolun və baş məşqçinin arxasında olacaq.

Gəlin bu çətin və şərəfli yolda birlikdə addımlayaq. Səbirlə, anlayışla komandamızın yanında olaq. Bu yolda mane olanlara imkan və fürsət verməyək. Biz bir ailəyik - birlikdə bütün çətinliklərin öhdəsindən gəlib, daha böyük zirvələri fəth edəcək bir ailə!"

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31