20 May 2024, Bazar ertəsi
Mövsümün bəxtsizi - “Səbail”
"Qarabağ"dan son 27 ilin rekordu
"Ən zəif oyunlarımızdan biri idi"
"Qəbələ"dən ardıcıl 3-cü qələbə

Minifutbol

Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum oldu

Bakı kənd və qəsəbələri arasında ll minifutbol turniri başa çatıb.

Futbolxeber.az saytının məlumatına görə, finalda "Günəşli" və "Aşağı Güzdək" komandaları üz-üzə gəliblər.

"Günəşli" rəqibini 7:0 hesabı ilə üstələyərək çempion olub.

Üçüncü yer uğrunda qarşılaşmada isə “Biləcəri” və “Mərdəkan” münasibətlərə aydınlıq gətiriblər. Əsas vaxt heç-heçə (4:4) yekunlaşdığı üçün penaltilər seriyasına ehtiyac duyulub. Daha dəqiq oynayan (3:1) "Mərdəkan" futbolçuları üçüncü yeri tutublar.

Mükafatlandırmada gənclər və idman naziri Fərid Qayıbov, AFFA-nın baş katibi Sərxan Hacıyev də iştirak edib.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, AFFA və Bakı Abadlıq Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən yarışlarda paytaxtın kənd və qəsəbənin 2012-2013-cü il təvəllüdlü uşaqlardan ibarət 32 komandası mübarizə aparıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31