29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Xarici futbol

Zidan bu millinin baş məşqçisi ola bilər

“Real”ın baş məşqçisi Zinəddin Zidanın işsiz günləri tezliklə başa çata bilər.

Futbolxeber.az saytının “RMC Sport”ə istinadən verdiyi məlumata görə, Əlcəzair Futbol Federasiyası (FAF) onun xidmətində maraqlıdır. Lakin 51 yaşlı mütəxəssis Əlcəzair millisindən gələn ilk təklifi geri çevirib. Zidanın bu addımı Fransa millisini çalışdırmaq istəyi ilə əlaqələndirilir.

“L'Equipe” isə yazır ki, Əlcəzair Futbol Federasiyası tezliklə Zidana ikinci dəfə təklif göndərəcək. Budəfəki təklifin maddi şərtləri daha yüksək olacaq. Bildirilir ki, əslən Əlcəzairdən olan Zidanın qohumları da onu razı salmağa çalışırlar.

Qeyd edək ki, Zidan 2021-ci ilin yayında “Real”dan ayrılıb.

Əlavə edək ki, Əlcəzair millisi 24 yanvarda Camel Belmadi ilə yollarını ayırıb. Onun rəhbərliyi altında komanda Afrika Millətlər Liqasında qrupda qalıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30