29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Xarici futbol

Ovusu "Ferentsvaroş"dan ayrılır

Ötən ilin yanvar ayında "Qarabağ"dan "Ferentsvaroş"a keçən Kvabena Ovusunun Macarıstan klubunu tərk edəcəyi gözlənilir.

Futbolxeber.az saytının Macarıstan mətbuatına istinadən verdiyi məlumata görə, qanalı hücumçunu Türkiyənin "Sivasspor" klubu heyətinə cəlb etməyə çalışır.

Mənbənin məlumatına görə, komandada çox az oyun şansı qazanan futbolçuya digər klublarla danışıq aparması üçün sərbəst olduğu da bildirilib. Superliqa təmsilçisinin Ovusu üçün "Ferentsvaroş"la danışığa başladığı qeyd olunub.

Qana millisinin üzvü 2021-2022 mövsümündə də Türkiyədə çıxış edib. O, "Qarabağ"da oynayarkən "Ankaragücü"nə icarəyə verilmişdi. Həmin vaxt Kvabena 23 oyuna 10 qol vuraraq diqqətləri cəlb etməyi də bacarmışdı.

Qeyd edək ki, Ovusu Kvabena "Ferentsvaroş"da ümumilikdə 29 oyuna 6 qol vurub, 4 məhsuldar ötürmə edib. Onun klubu ilə müqaviləsi 2025-ci ilin iyununa qədərdir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30