9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Digər idman növləri

Azərbaycanın idmançıları Prezident Kubokunda mübarizə aparacaqlar

Azərbaycanın qızlardan ibarət gənc taekvondoçuları Estoniyanın paytaxtı Tallində Prezident Kubokunda mübarizə aparacaqlar.
 
Futbolxeber.az saytının Azərbaycan Taekvando Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yığmanın baş məşqçiləri Məmməd Abdullayevlə Sun Mi Park yarışda Gülü Zamankı (42 kiloqram), Xuraman Cavadzadə, Humay Dadaşova (hər ikisi 44 kiloqram), Nilufər Borji (46 kiloqram), Seyidxanım Məmmədova (49 kiloqram), Sehri Cəlalova (55 kiloqram) və Bahar İbrahimovaya (63 kiloqram) şans verəcək.
 
Prezident Kubokunda ölkəmizi hakim qismində Gündüz Abdullayev təmsil edəcək.
 
İdmançılarımız aprelin 28-də görüşlərə start verəcək.
 
Komanda səfərə Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Hikmət Səmədovun rəhbərliyi altında yollanıb.
 
Qeyd edək ki, Prezident kubokunda yeniyetmələrin mübarizəsində milli komandamız 1 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıb.
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31