19 May 2024, Bazar günü
Miodraq Bojoviçdən qələbə şərhi
"Zirə" və "Neftçi"dən vacib qələbə
“Neftçi” çempionluğunu rəsmiləşdirdi
XXXV turun hakim təyinatları

Basketbol

Kapitan: "Yarımfinalda favorit yoxdur"

"Bu matçlarda favorit yoxdur. Hər bir komanda uğur qazanmaq üçün əlindən gələni edəcək".
 
Futbolxeber.az saytının məlumatına görə, bunu "NTD-İndiqo"nun kapitanı Elşad Şirzadov "Xəzri"yə qarşı keçirəcəkləri Azərbaycan Basketbol Liqasının yarımfinal mərhələsinin oyunu barədə klubun mətbuat xidmətinə açıqlamasında deyib.
 
O, rəqibin pley-offda "Sərhədçi" ilə matçını izlədiyini bildirib: "Xəzri" favorit idi. İki qələbə qazanaraq yarımfinala adladılar. "Sərhədçi" də yaxşı oynadı, ikinci qarşılaşmada qalibiyyət əldə etmişdi. Ancaq üçüncü görüş hər şeyi həll etdi".
 
"Xəzri"nin qısa müddət əzrində üç oyun keçirdiyini xatırladan Şirzadov onların yorğun ola biləcəyini söyləyib: "Bizim üçün heç bir fərq yoxdur. Hər iki komandada zədəli oyunçular yoxdur. Bu da çox vacibdir. Hər gün məşq edirdik. Yarımfinala hazırlaşırdıq. Hesab edirəm ki, komanda yaxşı formadadır. Pley-off mərhələsində psixologiya xüsusi rol oynayır. Psixoloji cəhətdən də hazırıq. Ölkə kubokunun yarımfinalında "Xəzri" ilə oynadıq və məğlub olduq. İndi pley-offun yarımfinalında onlara qarşı oynayırıq. Bu dəfə fərqli olacaq. Bu rəqibə qarşı hazırlaşırdıq. Hər kəs qarşıdakı matça köklənib. Azarkeşləri tribunalardan bizə dəstək olmağa dəvət edirik. Onları çox maraqlı oyunlar gözləyir".
 
Qeyd edək ki, bu gün "Sərhədçi" İdman Mərkəzində gerçəkləşəcək qarşılaşma saat 19:30-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31