29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Xarici futbol

“Mançester Yunayted” onun üçün üçüncü dəfə təklif göndərəcək

“Mançester Yunayted” “Çelsi”nin yarımmüdafiəçisi Meyson Maunt üçün yenidən rəsmi təklif göndərəcək.

Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, “Qırmızı şeytanlar”ın üçüncü təklifinin məbləği 55 milyon funtdan çox olacaq.

Bildirilir ki, bu, sonuncu təklif olacaq. Əvvəlki 2 təklifdə “yox” cavabı alan “Mançester Yunayted” bu dəfə də istəyinə çatmasa, Mauntun transferindən imtina edəcək.

“Çelsi” daha əvvəl 40 və 50 milyon funtluq təklifləri geri çevirib. London klubu Mauntun satışından 65 milyon funt əldə etmək istəyir.

Futbolçu özü isə “Mançester Yunayted”ə keçməyə razıdı, tərəflər artıq şəxsi müqavilənin bütün detallarını razılaşdırıblar.

Qeyd edək ki, “Çelsi” ilə müqaviləsi gələn yay başa çatacaq Maunt son mövsüm 35 matçda 3 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30