29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Xarici futbol

İrlandiya-Küveyt oyunu irqçiliyə görə yarımçıq dayandırıldı

İrlandiyanın gənclər millisi ilə Küveyt yığması arasında keçirilən yoxlama oyununda qalmaqal yaşanıb.

Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, irqçiliyə məruz qalması səbəbindən İrlandiya millisi meydanı vaxtından əvvəl tərk edib. Belə ki, görüşün 86-cı dəqiqəsində britaniyalıların hücumçusunun ünvanına Küveytin ehtiyat oyunçular skamyasından irqçi ifadələr səsləndirilib. Məhz bu səbəbdən də Avstriyada keçirilən görüş 86-cı dəqiqədə yarımçıq dayandırılıb.

Qeyd edək ki, həmin vaxt 3:0 hesabı ilə öndə olan İrlandiya millisinin rəsmiləri insidentlə bağlı FİFA və UEFA-ya şikayət edəcəklərini bildiriblər.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30