29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Xarici futbol

Ronaldo Avropaya qayıtmaq istəyir

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı klubu ilə müqaviləni vaxtından əvvəl pozmaq istəyir.

Futbolxeber.az saytının "Mundo Deportivo"ya istinadən verdiyi məlumata görə, müasir cəmiyyətdən uzaq adlandırdığı Səudiyyə Ərəbistanının infrastrukturu Ronaldonu qane etmir.

Qeyd olunur ki, 38 yaşlı hücumçunun yaxın ətrafı da Avropaya qayıtmaq istəyir.

Ronaldo üzrlü səbəb olmadan “Əl-Nəsr”i tərk etmək qərarına gəlsə, o zaman FİFA qaydalarına əsasən, hazırkı müqaviləsinin bitməsinə qalan iki il üçün kluba təzminat ödəməli olacaq. Bundan əlavə, reqlament oyunçuya qarşı sanksiyaları nəzərdə tutur.

Xatırladaq ki, Ronaldo ötən ilin dekabrında "Əl-Nəsr"ə transfer olunub. O, ölkə çempionatında 14 oyun 13 qol vurub.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30