26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Basketbol

Hollandiyanın baş məşqçisi: “Bakıda qarşımıza konkret hədəf qoyulmayıb”

Hollandiyanın U-17 yığmasının baş məşqçisi Kees Van Vonderen Serbiya ilə oyundan sonra Futbolxeber.az saytına müsahibə verib.

- Qrup mərhələsinin son oyununda Serbiya üzərində 2:0 hesablı qələbə qazanmaqla komandanız Avropa çempionatının 1/4 finalına yüksəldi. Təəssüratlarınız necədir?

- Əvvəldən çətin qrupda yer aldığımız məlum idi. Birinci oyunumuzda ispanlara uduzduq. Amma həmin görüşdə cəza səbəbindən 4 futbolçumuz meydana çıxmamışdı. Sonradan toparlandıq. Düzdür, İtaliya ilə oyunda bəxtimiz gətirdi ki, sonda qol vurduq. Bu gün də vacib qələbə qazanmaqla qrupdan çıxdıq.

- Komandanızın bundan sonrakı hədəfi nədir?

- Əvvəldən də məqsədimiz turnirdə mümkün qədər irəli getmək idi. Heyətdə yer alanlar gənc futbolçulardır. Bakıdakı hər oyun bizim üçün təcrübədir. Qarşımıza konkret hədəf qoyulmayıb. Məqsəd bacardıqca irəli getməkdir.

- 1/4 finalda hansı komanda ilə qarşılaşmaq istərdiniz?

- Hansısa komandanın adını çəkə bilərəm. Onsuz da “C” qrupunda yer alan komandaların 4-ü də güclüdür. Onların hər birinə qarşı oynamaq çətin olacaq. Rəqibin kimliyindən asılı olmayaraq, bizi qarşıda maraqlı oyun gözləyir.

- Bakıya gələrkən hava limanında sizinlə söhbətimizdə vaxtı ilə “Tvente”də birgə çalışdığınız azərbaycanlı futbolçu Vaqif Cavadovla görüşmək istədiyinizi bildirmişdiz. Onunla görüşə bildiniz?

- Xeyr, hələ ki Vaqiflə görüşə bilməmişik.

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30