4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

"Qəbələ"də 300-cü oyun

Urfan Abbasov “Qəbələ”nin heyətində 300-cü oyununu keçirib. 
 
Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, 32 yaşlı müdafiəçinin yubileyi Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab görüşünə təsadüf edib. "Qırmızı-qara” formada keçirdiyi matçların sayında mütləq rekordçu olan Abbasov “Zirə” ilə görüşə start heyətində çıxıb. “Qəbələ”nin vitse-kapitanı 300 oyunda 6 qola imza atıb.
 
Dünənki matç onun “qırmızı-qara” forma ilə kubokda 40-cı oyunu olub. Urfan bu turnirdə 1 qola imza atıb. O, Premyer Liqada 243 (5 qol), avrokuboklarda 17 dəfə komandanın formasını geyinib.
 
Müdafiəçi 2012-ci il fevralın 21-də Premyer Liqanın “Xəzər Lənkəran”la ev matçında (2:1) debüt edib. O, 2019/20 və 2020/21 mövsümləri istisna olmaqla, həmin vaxtdan "Qəbələ"də çıxış edir. 
 
Qeyd edək ki, Abbasov “Qəbələ”də Premyer Liqanın iki gümüş (2016/17, 2017/18), üç bürünc (2013/14, 2014/15, 2015/16) mükafatını qazanıb, iki dəfə Azərbaycan kubokunun qalibi (2018/19, 2022/23), üç dəfə finalçısı (2013/14, 2016/17, 2017/18) olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31