18 May 2024, Şənbə
XXXV turun hakim təyinatları
“Şamaxı” zirvəyə yüksəldi
Mirzov "Neftçi"dən ayrılır?
Mövsümün ən yaxşıları müəyyənləşdi

Ölkə futbolu

“Turan Tovuz”un müdafiəçisi 4 oyunluq cəzalandırıldı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolxeber.az saytının məlumaıtna görə, iclasda Azərbaycan Premyer Liqasının 32-ci turunun oyunlarındakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.

“Qəbələ” - “Kəpəz” oyununda “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Qəbələ” klubu 700 manat cərimə edilib.

“Neftçi” - “Turan Tovuz” oyununun 63-cü dəqiqəsində “Turan Tovuz”un  futbolçusu Bruno Qonçalves təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, “Turan Tovuz” klubu 3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

Oyuna FHN maşını təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Neftçi” klubu 1000 manat cərimə edilib. Matç bitdikdən sonra futbolçuların avtobusa rahat daxil olmasına şərait yaradılmadığına görə “Neftçi” klubu 500 manat cərimə edilib.

“Neftçi” - “Turan Tovuz” oyununda qonaq komandanın azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Turan Tovuz” klubu 1000 manat cərimə edilib.

“Sumqayıt” - “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sumqayıt” klubu 800 manat cərimə edilib. Oyunun 78-ci dəqiqəsində “Qarabağ” azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Qarabağ” klubu 800 manat cərimə edilib.

“Zirə” - “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan” klubunun oyunçuları tərəfindən texniki zonanın dam örtüyünə vurulmuş zərər “Araz-Naxçıvan” klubu tərəfindən ödəniləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31