5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

Musa Qurbanlı: "Yayda nələr olacağını birlikdə görəcəyik"

"Bura gəldiyim gündən həmişə məsuliyyətli olmuşam və çox çalışmışam. Burda heç kimlə problemim olmayıb. Komanda yoldaşlarımla və komanda ətrafında çoxlu insanla gözəl münasibətim olub. Bu komandaya böyük hörmətim var. Böyük tarixə və mədəniyyətə malik böyük klubdur. Azarkeşlər fantastikdir".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri İsveç "Yurqorden"ində çıxış edən Musa Qurbanlı "Fotbollskanalen" nəşrinə açıqlamasında deyib.
 
Azərbaycan millisinin üzvü daha sonra bildirib: "Həqiqətən də, bu kluba və buradakı çoxlu sayda insana böyük hörmətim var. İlk dəfədir ki, xaricdə klubda oynayıram. Futbolda məşqçilər bəzən sizin oynamamağınıza qərar verə bilərlər. Mən həmişə qərarlara hörmətlə yanaşacağam və həmişə vəziyyətə görə məsuliyyəti öz üzərimə götürəcəyəm".
 
M.Qurbanlı yayda "Yurqorden"dən ayrıla biləcəyi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib: "Yayda nələr olacağını birlikdə görəcəyik. Hansı variantın yaxşı olacağına baxacağıq. Gəncəm və qarşımda uzun karyera var".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31