5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Digər idman növləri

Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Gəncə Regional Voleybol Klubunun (GRVK) Bərdədəki ilk məşqini izləyib.

Futbolxeber.az saytına AVF-nin mətbuat xidmətindən verilən məlumata görə, Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, GRVK-nın rəhbərliyi də hazırlıq prosesini izləyiblər.

Məşqlər Bərdə rayon 3 saylı tam orta məktəbin idman zalında təşkil olunub.

Qonaqlara bildirilib ki, Bərdə rayonu üzrə keçirilmiş seleksiya tədbirlərində ümumilikdə 250-dən çox qız və oğlan seçilib. Onlardan 35 nəfəri hazırkı məşqlərdə iştirak edir, digərləri növbəti məşqlərə qruplar şəklində cəlb olunacaqlar.

Şahin Bağırov paytaxtla yanaşı, digər bölgələrdə də voleybolun inkişafına ciddi diqqət yetirildiyini bildirib.

O qeyd edib ki, artıq bir sıra bölgələrdə regional voleybol klubları yaradılıb, bu klublara müvafiq bölgələrdən seçilən, kriteriyalara uyğun gələn uşaq və yeniyetmələr cəlb olunub.

Ş.Bağırov bu uşaqların gələcəkdə milli komandaların heyətində çıxış edə bilmələri üçün lazımi şəraitin yaradıldığını, federasiyanın onlara hər zaman dəstək olacağını söyləyib. Federasiya rəhbəri uşaqlara peşəkar voleybolçu olmaq, ölkəmizi gələcəkdə beynəlxalq arenalarda layiqincə təmsil edə bilmək üçün var gücləri ilə çalışmalarını, həmçinin dərslərinə də ciddi fikir vermələrini tövsiyə edib, onlara uğurlar arzulayıb.

Vidadi İsayev də çıxış edərək voleybolun inkişafı istiqamətində həyata keçirilən tədbrləri yüksək qiymətləndirib. Yaxın gələcəkdə ölkə voleybolunun qazanacağı uğurlarda bu bölgənin təmsilçilərinin də əməyinin olacağına əminliyini ifadə edib. O, öz növbəsində İcra Hakimiyyətinin GRVK-nın fəaliyyətinə və burada məşq keçən uşaqlara dəstək olacağını bildirib. Sonda xatirə şəkli çəkdirilib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31