4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

Patrik Andrade: “4 qolluq qələbələr üzümüzü güldürür”

“Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andradenin Futbolxeber.az saytına müsahibəsi

 

- Ölkə kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Neftçi” üzərində qazanılan 4:1 hesablı qələbə barədə nə deyə bilərsiniz?

- Matç bizim üçün yaxşı keçdi. Görüşə ciddiu hazırlaşmışdıq. İlk oyunda qələbə bizi arxayınlaşdırmamışdı. Səfər qarşılaşmasında olduğu kimi, cavab görüşündə də qalib gəlməyi çox istəyirdik. Buna da nail olduq.

- İlk görüşdəki 4:0 hesablı qələbədən sonra cavab matçına necə motivasiya ola bildiniz?

- Dediyim kimi, bizim üçün təkcə mərhələ adlamaq yox, həm də hər iki oyunda qələbə qazanmaq vacib idi. Baş məşqçimiz də bizdən bunu tələb edirdi. Bildirirdi ki, ilk matçdakı qələbəyə baxmayaraq, arxayınlaşmaq olmaz.

- Həm ev, həm də səfər matçında 4 qolla qələbə qazandınız. Bu iki görüşü necə fərqləndirərdiniz?

- İlk matç daha çətin keçdi. Düzdür, cavab görüşündən fərqli olaraq həmin oyunda rəqib fərqlənə bilməmişdi. Ümumilikdə, hər iki görüş sürətli alındı. 4 qolluq qələbələr yekunda üzümüzü güldürür. Komandada hər kəs xoşbəxtdir. Qələbəni bayram edirik.

- Artıq finaldasınız. “Qarabağ” mövsümü “qızıl dubl”la baışa vura biləcək?

- Bizim yalnız bir məqsədimiz var – kuboku qazanmaq. Yalnız qələbə üçün oynayacağıq. Hamı final matçına yüksək motivasiya ilə çıxacaq. "Zirə" üzərində qələbə qazanıb kuboka sahib olmaq istəyirik.

- Rəqib haqda düşüncələriniz necədir?

- “Zirə” yaxşı komandadır. Onlarla oyunlarımız demək olar ki, həmişə çətin və gərgin keçir. Budəfəki matç da istisna olmayacaq. Lakin istənilən halda biz meydana qələbə üçün çıxacağıq. Mövsümü iki titulla başa vurmaq istəyirik.

- Həftəsonu çempionatda "Sumqayıt"ın qonağı olacaqsınız. Həmin görüşdən gözləntiləriniz nədir?

- Bu oyuna hazırlaşmaq üçün qarşıda 3 gün vaxtımız var. Hər bir oyuna qalibiyyət üçün çıxırıq. “Sumqayıt”la matçda da məqsədimiz dəyişilməz olaraq qalacaq. İnanıram ki, gözəl oyunla növbəti 3 xalımızı qazanacağıq.

Azad NURİYEV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31