4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

Sxadadze: “Zirə” həm yaxşı oynadı, həm də xarakter göstərdi”

"Hər şey göz qabağında idi. Layiq olan komanda qalib gəldi. Rəqib həm yaxşı oynadı, həm də xarakter göstərdi. "Zirə" hazırda yüksəliş dövründədir. Belə komanda yaratdığı üçün Rəşad Sadıqovu təbrik edirəm. Öz vəziyyətimizə isə təəssüflənirəm".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze ölkə kubokunun yarımfinal mərhələsinin "Zirə" ilə cavab matçından (0:2) sonra keçirilmiş mətbuat konfransında deyib.

O, Premyer Liqadan düşməyin ləğv olunmasının mümkünlüyü barədə bunları söyləyib: “Deyiləcək sözüm yoxdur. Bu, mənim səlahiyyətlərimə daxil deyil. Mənim öz işim var. Belə durumda olmağımız əzabvericidir. Amma fakt faktlığında qalır. Görək nə baş verir”.

Gürcü mütəxəssis Feras Abu Akalla yolların ayrılmasına da aydınlıq gətirib: “Düşünmürəm ki, bu gün bizim problemimiz Ferasdır. Bundan daha qlobal problemlərimiz var. Səbəbini Ferasdan soruşun”.

Sxadadze bildirib ki, futbolçular mövsümün sonuna kimi öhdəliklərini yerinə yetirməlidirlər: “Mövsümün sonunu gözləyək. Klub rəhbərliyi ilə münasibətlərim yaxşıdır. Klubun bu vəziyyətdə olması həm bizi, həm də sizi məyus edir. Komanda sonuncu yerdədir, kubokda mübarizəni dayandırdı. Vəziyyət çətindir. Amma mənim həmişə devizim belə olub ki, komanda hansı vəziyyətdə olsa da, müqavilə şərtlərinə əməl etməlisən. Futbolçular da peşəkar olduqları üçün öz işlərini sona kimi görməlidir”.

“Qəbələ”nin çalışdırıcısı “Kəpəz”I deyil, özlərini düşündüklərini vurğulayıb: “Kəpəz”in baş məşqçisi düzgün qeyd edib ki, hər kəs özünü fikirləşməlidir. Mən də o fikirdəyəm”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31