26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Basketbol

Qələbə qolumuzun müəllifi: “Rəqibimiz Portuqaliya yox, başqa komanda olsaydı...”

Şotlandiya ilə oyunda vurduğu qolla U-17 yığmamıza qələbə qazandıran Fərid Nəbiyev oyundan sonra Futbolxeber.az saytına müsahibə verib.

- Şotlandiya ilə oyun haqda nə deyə bilərsən?

- Bu oyuna ciddi hazırlamışdıq. Portuqaliya ilə məğlubiyyət bizə yaraşmadı. Həmin görüşdən sonra söz verdik ki, azarkeşlərimizi sevindirməliyik. Belçika ilə oyunda da yaxşı çıxış etdik. Lakin yekunda heç-heçəyə nail olduq. Bu gün isə qələbə qazanmağa nail olduq.

- 4 xal toplasa da, millimiz qrupda qaldı. Bu nəticəyə görə təəssüflənirsiz?

- Məncə bu nəticə də bir uğurdur. Qrupda qalsaq da, sözümüzü deyə bildik. Avropa çempionatında böyük təcrübə qazandıq.

- Demək olar ki, bəxtimiz gətirmədi?

- Bəli, belə demək olar. Çempionatdakı ilk oyunda rəqibimiz Portuqaliya yox, başqa komanda olsaydı, qrupdan çıxardıq.

- Portuqaliya ilə görüşdə stadiondakı atmosfer oyununuza nə dərəcədə təsir göstərdi?

- Stadion amili də çıxışımıza təsir göstərdi. Çünki ilk dəfə idi ki, 33 min azarkeşin qarşısında oynayırdıq. Bu da oyunumuza öz təsirini göstərdi.

- Bu gün vurduğun qolu necə təsvir edərdin?

- Topa yiyələndikdən sonra özümə inandım. Düşündüm ki, qapıya zərbə vursam, qol ola bilər. Çox şadam ki, belə də alındı.

- Demək olar ki, bu, çempionatın ən gözəl qollarından biridir?

- Bu haqda heç nə deyə bilmərəm. Əsas odur ki, vurduğum qol komandamın qələbəsinə gətirib çıxardı.

- AFFA prezidenti Rövnəq Abdullayev oyundan sonra paltardəyişmə otağında komanda ilə görüşündə nə dedi?

- Bizi qələbə münasibəti ilə təbrik etdi. Bildirdi ki, Belçika və Şotlandiya ilə oyundan razı qalıblar.  Bu qələbə onları da sevindirdi. 

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30