26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Basketbol

İsveçin baş məşqçisi“Rəqib bizdən yaxşı oynadı”

İsveçin U-17 millisinin baş məşqçisi Maqnus Vikman Futbolxeber.az saytına müsahibə verib.

- Danimarka ilə oyunda komandanız son saniyələrdə qapısına qol gördü. Məğlubiyyəti necə şərh edərdiz?

- Sona yaxın qapımızda qol gördük. Buna görə çox məyusuq. Rəqib bizdən yaxşı oynadı. Super olmasa da, bizdən 1 baş üstün idilər. Oyunçularımda gərginlik hiss olunurdu. Emosiya çatışmırdı. Bunun da futbolçularıma mən ötürməliydim.

- Belə təəssürat yaranırdı ki, komandanız bu gün meydana sanki 1 xal üçün çıxıb...

- Xeyr, biz qələbə qazanmağa çalışırdıq. Düzdür, birinci hissədə çox zəif oynadıq. Amma fasilədən sonra qol vura bilərdik. 70 dəqiqə ərzində hesab açılmamışdı. Son 10 dəqiqədə isə qol vurmaq üçün şanslarımız çox idi. Lakin onları dəyərləndirə bilmədik.

- Hava şəraiti oyununuza nə dərəcədə təsir etdi?

- Havanın aidiyyatı yoxdur. Sadəcə, futbolçularım çox yorğun görünürdülər. Mən onları oyuna yaxşı kökləməliydim.

- Futbolçularınızda hazırda psixoloji durum qaydasında deyil. Bu vəziyyətdə son turda Fransaya qarşı oynamaq nə dərəcədə çətin olacaq?

- Əvvəlcə bu oyunu analiz edib, səhvlərimizi bilməliyik. Yalnız bundan sonra növbəti görüş haqda düşünmək olar.  Fransa turnirin ən güclülərindən biridir. Qrupdan çıxmaq şansımız var.

- Komandanızın oyununda hansısa səhvi xüsusi qeyd edə bilərsiz?

- Bu gün 11 nəfərlə oynamırdıq. Bəzi oyunçularım çox əsəbi idi. Sanki topa sahib çıxmaqdan qorxurdular. 

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30