26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Basketbol

Media Komitəsi 17 layihəni qalib elan etdi

Aprelin 21-də AFFA yanında Media Komitəsinin növbəti iclası keçirilib. Futbolxeber.az saytının məlumatına görə, iclasda cari məsələlərlə yanaşı, aprel-iyun aralığında maliyyələşdirilmək üçün quruma təqdim edilən layihələr də müzakirə olunub. 28 layihədən 17-si məqbul sayılıb və səsvermədə qalib gəlib. Qaliblərin siyahısı:

1. Ölkədaxili yarışların (çempionat, kubok, futzal) ən yaxşı şəkildə işıqlandırılması - qalib yoxdur

2. U-17-lər arasında Avropa çempionatı: inkişaf üçün yeni pəncərə - sportbox.az, futbolxeber.az

3. Azərbaycan çempionatı, kuboku, yığması və avrokuboklarda iştirak ilə bağlı bütün statistik boşluqların aradan qaldırılması - apasport.az

4. İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması - futbolpress.az, korner.az

5. Bölgə futbolu: resurslar, imkanlar və reallıqlar - komanda.az, idmanxeber.com

6. Azərbaycan futbolunun tarixi: heç kim və heç nə unudulmur! - "Futbol+", qol.az

7. Uşaq futbolu: problemləri necə aradan qaldırmalı? - "Het-trik news", sportinfo.az

8. Olimpiada: Azərbaycan üçün “idman ölkəsi” imicini təsdiqləmək imkanı - azerisport.com, sportnet.az

9. Cüdo üzrə “Böyük Dəbilqə” turniri - rekord.az

10. Veloidman: həm idman, həm də sağlam həyat tərzi - newsport.az,sportline.az.

Bu 16 layihə ilə yanaşı, sportmedia.az saytının təqdim etdiyi "İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması" istiqaməti üzrə layihənin də müsabiqədənkənar qaydada maliyyələşdirilməsinə qərar verilib. AFFA yanında Media Komitəsi bildirir ki, qaliblər sabahdan layihənin icrasına başlaya bilər. Saytlara və qəzetlərə layihəyə dair xüsusi bölmə açmaq və yazıları həmin bölmədə yerləşdirmək tövsiyə olunur. Yazıların altında "Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir" qeydi olmalıdır. Qəzetlərdə və saytlarda həftə ərzində layihə çərçivəsində 9-10 min işarə arası yazı yer almalıdır. AFFA yanında Media Komitəsi yazıların monitorinqini də həyata keçirəcək. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30