29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Digər idman növləri

Azərbaycan birinciliyinin final mərhələsinə vəsiqə qazanan komandalar müəyyənləşib

Həndbol üzrə 2008-ci il təvəllüdlü və ondan kiçik yaşlı yeniyetmə oğlanlar arasında Azərbaycan birinciliyinin final mərhələsinə vəsiqə qazanan komandalar müəyyənləşib.
 
Futbolxeber.az saytının məlumatına görə, buna Göygöl Olimpiya İdman Kompleksində təşkil olunan zona yarışlarından sonra aydınlıq gəlib.
 
Son gündə Mingəçevir Göygölə (22:15), Qazax isə Gəncəyə (17:8) qalib gəlib.
 
Keçirdiyi hər üç görüşdə qələbə qazanan Mingəçevir zona yarışlarının qalibi olub. Qazax ikinci, Göygöl üçüncü yeri tutub. Hər üç qarşılaşmasında məğlub olan Gəncə isə sonuncu olub.
 
Beləliklə, Mingəçevir və Qazax komandaları iyunda Bakıda təşkil olunacaq Azərbaycan birinciliyinin final mərhələsində iştirak hüququ əldə ediblər.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30