29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Digər idman növləri

Gimnastlarımız “AGF Tropy” beynəlxalq turnirində qızıl medallar qazanıblar

Bakıda keçirilən idman gimnastika üzrə “AGF Trophy” beynəlxalq turnirində Azərbaycan təmsilçiləri növbəti medalları qazanıblar.

Futbolxeber.az saytının məlumatına görə, ayrı-ayrı alətlər üzrə böyüklər arasında ilk qaliblər müəyyənləşib. Komandamızın üzvləri Nikita Simonov qızıl (halqalar), İvan Tixonov qızıl (paralel qollar) və bürünc (halqalar), Rəsul Əhmədzadə qızıl (sərbəst hərəkətlər) və bürünc (paralel qollar), Nazənin Teymurova qızıl (dayaqlı tullanma) və bürünc (müxtəlif hündürlüklü qollar), Murad Ağarzayev gümüş (sərbəst hərəkətlər) medal qazanıblar.

Yeniyetmələr arasında İlham Salayev qızıl (paralel qollar, halqalar), Hüseyn Qəhrəmanov gümüş (paralel qollar) və bürünc (halqalar), Albina Aliyeva gümüş (dayaqlı tullanma) və bürünc (müxtəlif hündürlüklü qollar), Leyla Məmmədzadə gümüş (müxtəlif hündürlüklü qollar), Məhəmməd Rüstəmzadə gümüş (sərbəst hərəkətlər), Emin Xankişiyev bürünc (sərbəst hərəkətlər) mükafata sahib çıxıblar.

Gənclər arasında Aydın Əlizadə qızıl (sərbəst hərəkətlər), gümüş (halqalar) və bürünc (paralel qollar), Dəniz Əliyeva isə gümüş (dayaqlı tullanma) medala yiyələnib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30