29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Digər idman növləri

AMADA rəsmiləri Lozanna Universitetində tədbirə qatılıblar

İsveçrənin Lozanna şəhərində Milli Antidopinq Təşkilatları İnstitutunun (iNADO) cari il üçün “Workshop”u təşkil olunub.

Futbolxeber.az saytının məlumatına görə, Lozanna Universitetində keçirilən tədbirdə AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti də qatılıb.

Qlobal antidopinq səylərinin inkişafına yönəlmiş tədbirin plenar sessiyalarında İdmançının Bioloji Pasportu, onun tarixi konteksti və son nailiyyətləri müzakirə olunub. Həmçinin idmançıların rifahı, EPO test strategiyaları, hüquqi aspektlər, testetmə, qeyri-ixtiyari dopinq, təhsil və Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlıq barədə də fikir mübadiləsi aparılıb.

Tədbirin gündəliyinə dərman vasitələrinin elektron yoxlanış alətləri, məlumat toplanması və təhqiqat üsullarının hazırlanması kimi mövzular da daxil edilib.

Eyni zamanda tədbir maraqlı tərəflər üçün fikir mübadiləsi aparmaq, təmiz idmanın və dopinqlə mübarizənin təşviqində əməkdaşlığın genişləndirilməsi üçün əlverişli fürsətlər yaradıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30