29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Digər idman növləri

Gənclər və İdman Nazirliyinin Kollegiya iclası keçirilib

Gənclər və İdman Nazirliyinin Kollegiya iclası keçirilib.
 
Futbolxeber.az saytının məlumatına görə, Nazirlər Kabinetinin 12 mart 2024-cü il tarixli, 132 nömrəli qərarı ilə Kollegiya üzvü statusu qazanan regional gənclər və idman idarələrinin rəisləri də toplantıda ilk dəfə iştirak ediblər.
 
Nazir Fərid Qayıbovun sədrliyi ilə keçən iclasın gündəliyinə əsasən, bir sıra məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib. 2024-cü ilin təqvim planı, idman növləri üzrə milli komandalar, məşqçi və idmançı heyətlərinin siyahısına stronqmen idman növü üzrə əlavələrin edilməsi müzakirə olunaraq səsvermə ilə qəbul edilib. İclasda həmçinin "Şahin" hərbi-idman oyunu ilə bağlı məsələlər müzakirə olunub və müvafiq qərar qəbul edilib.
 
İclasın sonunda Fərid Qayıbov "İdman həftəsi" çərçivəsində keçirilən tədbirlərin təşkilindəki xidmətlərinə görə regional gənclər və idman idarələrinin rəislərinə təşəkkürnamə təqdim edib və fəaliyyətlərində uğurlar arzulayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30