29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Digər idman növləri

Azərbaycan güləşçiləri "Zəfər kuboku"unda 22 medal qazanıblar

Türkiyənin Antalya şəhərində güləş üzrə “Zəfər kuboku” turniri keçirilib.
 
Futbolxeber.az saytına Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda ölkəmizi hər 3 güləş növü üzrə millimiz təmsil edib.
 
Güləşçilərimiz ümumilikdə 22 (6 qızıl, 7 gümüş, 9 bürünc) medal əldə ediblər.
 
Sərbəst güləşçilərimiz böyük məşqçi Əsgərxan Novruzovla Vahid Məmmədovun rəhbərliyi altında 8 medal qazanıblar. Ruslan Əlizadə (48 kq), Hüseyn Hüseynov (55 kq) və İsa Yusibov (65 kq) qızıl, Məhəmmədəli Əlizadə (51 kq), Məhəmməd Abbaszadə (80 kq), Səid Paşayev (92 kq) və İsmayıl Kərimov (110 kq) gümüş, Hüseyn Məmmədtağızadə (110 kq) isə bürünc medala yiyələniblər.
 
Yunan-Roma güləşçilərimiz böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədov, Rasim Ağayev və Elbrus Məmmədovun rəhbərliyi altında 10 medal qazanıblar. Turan Daşdəmirov (51 kq), Yusif Əhmədli (71 kq), Orxan Hacıyev (80 kq) birinci, Şahid Nəbiyev (45 kq), Əmrah Əmrahov (48 kq), Emil Abdullayev (65 kq) ikinci, Nicat İsgəndərli (45 kq), Əli Nəzərov (55 kq), Səyyad Nağızadə (60 kq) və İsbəndiyar İmanov (65 kq) isə üçüncü yeri tutub.
 
Qadın güləşçilərimiz böyük məşqçi Rövşən Umudovla məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında 4 medal qazanıblar. Nəzrin Əhmədli (43 kq), Esra Məmmədli (49 kq), Günay Qurbanova (61 kq) və Zəhra Kərimzadə (73 kq) fəxri kürsünün üçüncü pilləsinə yüksəliblər.
 
Həm sərbəst, həm də yunan-Roma güləşi üzrə yığmamız komanda hesabında ikinci olub.
 
Qeyd edək ki, ənənəvi turnirdə beynəlxalq dərəcəli hakim Kamran Baxışov ədaləti qoruyub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30