29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Digər idman növləri

AMADA rəsmiləri iNADO-nun illik Baş Assambleyasına qatılıblar

İsveçrənin Lozanna şəhərində Milli Antidopinq Təşkilatları İnstitutunun (iNADO) illik Baş Assambleyası keçirilib.

Futbolxeber.az saytına Azərbaycan Milli Antidopinq Agentliyindən verilən məlumata görə, tədbirə AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti də qatılıb.

Bildirilib ki, Assambleya iNADO-ya üzv təşkilatlar üçün mühüm müzakirələr və qərar qəbuletmə proseslərində iştirak baxımından böyük əhəmiyyət kəsb edib.

Tədbir çərçivəsində ötən il təşkil olunan Baş Assambleyanın protokollarının təsdiqi, İdarə Heyətinin sədri və baş direktorun, habelə maliyyə hesabatlarının təqdimatı olub. Bundan əlavə, iNADO Konstitusiyasına düzəlişlər və yeni İdarə Heyətinin üzvlərinin seçilməsi ilə də bağlı müzakirələr aparılıb.

Görüşdə kvorum tələbləri, səsvermə prosedurları, təkliflərin verilməsi və konstitusiyaya dəyişikliklər kimi aspektləri əhatə edən qaydalar da müzakirə mövzuları sırasında yer alıb.

Ümumilikdə, Assambleya üzvlərin təşkilatın istiqamətinin və idarəçiliyinin formalaşmasında fəal iştirakı, idmanda dopinqlə mübarizədə davamlı səylərin təmin edilməsi üçün platforma rolunu oynayıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30