29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Digər idman növləri

Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışda iştirak edəcəklər

Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışda iştirak edəcəklər.

Futbolxeber.az saytının Azərbaycan Tennis Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yığma bu dəfə Türkiyədə keçiriləcək “Avropa Gənclər Seriyası” turnirində mübarizə aparacaq.

Türkiyənin Nevşehir şəhərində təşkil olunacaq yarışda məşqçilər Ramil Cəfərov və Elnur Hidayətzadənin rəhbərliyi altında Tunar Bağırov, Uğur Nəzərli, Şəbnəm Mansurova və Xədicə Eylazova 15 yaşadək, Onur Quluzadə, Şakir Qədirov, Yağmur Məmmədli, Banu Baytallı isə 13 yaşadək idmançılar arasında bacarığını göstərəcək.

Beynəlxalq dərəcəli hakimlər Zaur Mikayılovla Xəyalə Qiyasova turnirin oyunlarını idarə edəcəklər.

Qeyd edək ki, yarış martın 13-dən 17-dək keçiriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30