29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Digər idman növləri

Federasiyanın vitse-prezidenti qərb bölgəsinə səfər edib

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov qərb bölgəsinə səfər edib.

Futbolxeber.az saytına qurumun mətbuat xidmətindən verilən məlumata görə, o, Gəncə, Samux, Qazax, Ağstafa və Gədəbəydəki ağırlıqqaldırma infrastrukturunun son durumu ilə tanış olub, idmançılar, məşqçi-müəllimlərlə görüşüb, məşq prosesini izləyib.

Umudov federasiyanın xüsusilə regionlardakı klub və cəmiyyətlərlə sıx təmasda olduğunu, bundan sonra da dəstəklərini davam etdirərək diqqət mərkəzində saxlayacaqlarını bildirib. Bununla yanaşı, yeni nəsil idmançıların yetişdirilməsi, kütləviliyin artırılması, müxtəlif yarışların keçirilməsiylə seçim imkanlarının genişləndirilməsinin vacibliyi vurğulanıb.

Vitse-prezident məşqçilərlə müzakirələr zamanı idmançıların mövcud potensialı və cari hazırlıq səviyyəsinin artırılması üçün görüləcək işlər haqda da danışıb, rəy və təklifləri dinləyib. Firdovsi Umudov böyük ənənəsi olan ağırlıqqaldırmanın parlaq gələcəyinin təmin edilməsi üçün lazımi addımlar atılacağını qeyd edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30