29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Digər idman növləri

Azərbaycan boksçuları Millətlər kubokunda mübarizəyə başlayırlar

Bu gün Serbiyanın Sombor şəhərində qadın boksçular arasında Millətlər kuboku start götürəcək.

Futbolxeber.az saytının məlumatına görə, 6 gün davam edəcək beynəlxalq turnirdə Azərbaycan millisi də qüvvəsini sınayacaq.

Yığmanın məşqçisi İlkin Ağayevin rəhbərliyi altında Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Ağamaliyeva-Həmzəyeva (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (81 kq) böyüklərin yarışında mübarizə aparacaq. Banuçiçək Nəsirli (46 kq) yeniyetmələr, Aynur Mikayılova (54 kq) və Emili Rzayeva (63 kq) isə gənclər arasında qüvvələrini sınayacaqlar.

Yarışda ölkəmizi Məsməxanım Səlimova hakim kimi təmsil edəcək.

Qeyd edək ki, Millətlər kubokuna 10 ölkədən 102 boksçu qatılıb.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30