29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Digər idman növləri

Bakıda 9-cu ARPACHAY OPEN Beynəlxalq Karate Turniri keçiriləcək

Bakı bu günlərdə daha bir mötəbər idman yarışına – Gənclər və İdman Nazirliyinin dəstəyi, Arpaçay Karate Klubu və Azərbaycan Karate Federasiyasının (AKF) birgə təşkilatçılığı və “Baku City Residences”in baş sponsorluğu ilə 9-cu ARPACHAY OPEN-2024 turnirinə ev sahibliyi edəcək.

Futbolxeber.az saytının məlumatına görə, 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş beynəlxalq karate turniri ilə bağlı açıqlama verən Arpaçay Karate Klubunun prezidenti, Əməkdar məşqçi Yavər Hüseynov deyib ki, Azərbaycanın ən nüfuzlu karate yarışlarından olan və Bakıda 9-cu dəfədir təşkil olunan beynəlxalq karate turnirində 10-a yaxın ölkədən 600-ə qədər idmançının iştirakı gözlənilir: “Artıq xarici ölkə təmsilçiləri, habelə Azərbaycandan, o cümlədən, paytaxt Bakıdan və regionlardan olan idmançılar beynəlxalq turnirdə iştirak üçün rəsmi olaraq qeydiyyatdan keçiblər”.

Klub rəhbərinin sözlərinə görə, beynəlxalq karate turniri 2024-ci il 20-21 yanvar tarixlərində Bakı İdman Sarayında keçiriləcək: “ARPACHAY OPEN yarışına hazırlıq işləri tam sürətlə gedir. İki gün davam edəcək turnirin təntənəli açılış mərasimi 20 yanvar 2024-cü il tarixində saat 16:00-da Bakı İdman Sarayında baş tutacaq. Yarışda uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlardan ibarət idmançılar kata və kumite növündə bütün kateqoriyalar üzrə mübarizə aparacaqlar”.

Y.Hüseynov onu da bildirib ki, turnir çərçivəsində şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş “Qanvermə aksiyası” da təşkil olunacaq: “Arpaçay Karate Klubu və Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin birgə təşkilatçılığı, həmçinin “İnclusive Organization Team” və Mərkəzi Qan Bankının tərəfdaşlığı ilə “Sağlam olaq – Donor olaq” şüarı ilə keçiriləcək aksiya yanvarın 20-də saat 10:00-dan 16:00-a qədər davam edəcək. Aksiya Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına uyğun, eyni zamanda Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” Proqramı çərçivəsində təşkil olunacaq. Hər kəsi bu humanist aksiyada iştirak etməyə dəvət edirik”.

Arpaçay Karate Klubunun rəhbəri sonda vurğulayıb ki, ARPACHAY OPEN beynəlxalq turnirinin bu dəfə də yüksək səviyyədə baş tutacağına, Azərbaycanda vətənpərvərliyin təbliğində mühüm rol oynayacağına və karate idman növünün inkişafına stimul verəcəyinə ümidvardır.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30