29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Digər idman növləri

Azərbaycan millisi Xorvatiyada təlim-məşq toplanışına başlayıb

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Xorvatiyada təlim-məşq toplanışına başlayıb.
 
Futbolxeber.az saytının məlumatına görə, “Zaqreb Open” turnirində çıxışını başa vuran komanda hazırlığı ötən il olduğu kimi Poreç şəhərində bir neçə komandanın iştirakı ilə keçir.
 
Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçilər Həsən Əliyevlə Kamran Məmmədovun rəhbərliyi altında baş tutan hazırlıq prosesinə Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov, Xasay Həsənli (hər ikisi 77 kq), İslam Abbasov (87 kq), Murad Əhmədiyev, Murat Lokyayev (hər ikisi 97 kq), Beka Kandelaki və Sabah Şəriəti (130 kq) qatılıblar.
 
Yanvarın 28-dək davam edəcək birgə məşqlərdə həm fiziki, həm də taktiki-texniki çalışmalara yer ayrılacaq.
 
Qeyd edək ki, təlim-məşq toplanışı qarşıdan gələn Avropa çempionatına və Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyır.
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30