29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Digər idman növləri

Azərbaycan milliləri olimpiya lisenziya turnirlərinə Cənubi Koreyada hazırlaşırlar

Kişi və qadın takevondoçulardan ibarət Azərbaycan milliləri Cənubi Koreyada təlim-məşq toplanışına start veriblər.
 
Futbolxeber.az saytının Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hazırlıq Seuldakı Milli İdman Universitetində təşkil olunur.
 
Kişilərdən ibarət millinin baş məşqçisi Məmməd Abdullayevlə məşqçi Rəşad Abdullayevin başçılığı altında toplanışda Səyyad Dadaşov, Qaşım Maqomedov, Cavab Ağayev, Eltac Qafarov, Hamidreza Badrialiabadi və Milad Beiqi Harçeqani iştirak edirlər.
 
Qadınlardan ibarət yığma isə baş məşqçi Sun Mi Parkın rəhbərliyi altında hazırlıq keçir. O, məşqlərə Zemfira Həsənzadə, Məryəm Məmmədova, Minayə Əkbərova, Səmmərux Osmanova, Səidə Əliyeva və Fatimə Məcidovanı cəlb edib.
 
Qeyd edək ki, olimpiya lisenziya turnirlərinə hazırlıq xarakteri daşıyan toplanış yanvarın 27-dək davam edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30