29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Digər idman növləri

Türkiyəli baş məşqçi: "Sabah"la matçda sürpriz etmək istəyirik"

"Sabah"a qarşı matçda sürpriz etmək istəyirik".

Futbolxeber.az saytının məlumatına görə, bunu Azərbaycan Basketbol Liqasının X turunda "Sabah"la üz-üzə gələcək "Gəncə"nin baş məşqçisi Bedri Meriç klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis matça səylə hazırlaşdıqlarını söyləyib: "Qış istirahəti ilə bağlı düşərgəni tərk edən basketbolçular kluba dönüblər. Bazar gününə qədər matça hazır olacağıq”.

Türkiyəli baş məşqçi bütün diqqətin həftəsonu reallaşacaq görüşə yönəldiyini bildirib: “Rəqibimiz liqanın səviyyəsindən üstün olan bir kollektivdir. Avrokubok yarışları üçün yığılmış heyətləri var. Bizim təqvimlə bağlı şanssızlığımız var. Startda ard-arda iddialılarla oynayırıq. Çempionatın 3 ən yaxşı klubu ilə indi də evdə qarşılaşacağıq. Liqanın əvvəlində tam olaraq hazır deyildik, zaman irəlilədikcə uyğunlaşma yarandı. Uşaqlar bir-birilərinə inanırlar. Öz meydanımızda oynamağın üstünlüyü də var. “Sabah”a qarşı matçda sürpriz etmək istəyirik. Gəncədəki oyunlarda rəqibləri çətin vəziyyətə salmağa çalışacağıq. Onları asan mübarizə gözləmir. Pley-off yolunda üstünlük qazanmaq istəyirik”.

Basketbolçuların fasilə müddətindəki fərdi hazırlığından da danışan Bedri Meriç oyunçuların çəki ilə bağlı probleminin yaranmadığını vurğulayıb: “Tətilə gedən oyunçuların məşq proqramını özüm izlədim. Hamısı tapşırıqlara uyğun çalışdılar. Fiziki cəhətdən hər hansı problem yoxdur. Məşqdən də geri qalmayıblar. Kluba yaxşı durumda qayıdıblar”.yd edək ki, noyabrın 14-də reallaşacaq "Gəncə" - "Sabah" qarşılaşması saat 18:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30