29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Digər idman növləri

Azərbaycan voleybol millisinin üzvü xəstəxanadan evə buraxılıb

Dekabrın 1-də səhhətində ciddi problem yaranan kişi voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Tural Həsənli daxili qanaxma və bağırsaq partlaması diaqnozu ilə əməliyyat olunub.

Futbolxeber.az saytının Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, idmançı artıq xəstəxanadan evə buraxılıb.

Özünü daha yaxşı hiss edən voleybolçu müalicəsinə ev şəraitində və həkim nəzarətində davam edəcək.

Xatırladaq ki, Tural Həsənlinin “Panatinaikos”a qarşı Çelenc Kubokunun 1/16 final mərhələsinin Yunanıstandakı cavab oyunu ərəfəsində səhhətində problem yaranıb.

Həsənli kritik vəziyyətdə Bakıya çatdırılıb və hava limanından birbaşa xəstəxanaya yerləşdirilib. Daxili qanaxması olan voleybolçunun bağırsağından ağır əməliyyat keçirdiyi vurğulanıb.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30