29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Digər idman növləri

Millimizin yeni baş məşqçisinin adı açıqlandı

Kişi basketbolçulardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi müəyyənləşib.

Futbolxeber.az saytının məlumatıan görə, bu vəzifə hazırda “NTD-İndiqo” komandasına başçılıq edən Tahir Baxşıyevə həvalə olunub.

"Neftçi" klubunun baş məşqçisi Anar Sarıyev isə onun birinci köməkçisi təyin edilib. Bundan əlavə, məşqçilər heyətində ispaniyalı mütəxəssis Alberto Blanko da yer alacaq. Son olaraq İspaniyanın ikinci liqasında (LEB GOLD Spain) çıxış edən “Kaseres” klubunda əsas menecer və idman direktoru olan mütəxəssis Azərbaycan yığmasında ikinci köməkçi məşqçi kimi çalışacaq. Avropa basketbolunu yaxından tanıyan 53 yaşlı məşqçinin əsas vəzifələrindən biri rəqib komandaların oyunçularını dərindən təhlil etmək və yerli mütəxəssislərlə birlikdə onlara qarşı əks həmlələr hazırlamaq olacaq.

Qeyd edək ki, Azərbaycan millisinin ilk sınağı 2027-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının ilkin təsnifat mərhələsində İsveçrə yığmasına qarşı oyun olacaq. Görüş 2024-cü il fevralın 22-də oynanılacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30