29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Futzal

Futzal yığmamızın oyunlarının təqvimi açıqlandı

19 yaşadək futzalçılar arasında təşkil olunacaq Avro-2023-ün əsas mərhələsində mübarizə aparacaq Azərbaycan millisinin yer aldığı 5-ci qrupun təqvimi açıqlanıb.

Futbolxeber.az-ın Azərbaycan Futzal Federasiyasının saytına istinadən verdiyi məlumata görə, millimiz martın 22-də Fransadan olan həmyaşıdları ilə üz-üzə gələcək.

Ertəsi gün rəqibimiz Bosniya və Herseqovina futzalçıları olacaq. Ağatahir Əzimovun başçılıq etdiyi U-19 bu mərhələdə son görüşünü Yunanıstan yığmasına qarşı keçirəcək. Qeyd edək ki, 5-ci qrupun oyunları Bosniya və Herseqovinada təşkil olunacaq.

22 mart

20:00. Fransa - Azərbaycan

Şiroki Briyeq şəhəri, Pecara İdman zalı

23 mart

23:00. Bosniya və Herseqovina - Azərbaycan

Şiroki Briyeq şəhəri, Pecara İdman zalı

25 mart

20:00. Azərbaycan - Yunanıstan

Şiroki Briyeq şəhəri, Pecara İdman zalı

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30