29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Futzal

Ramiz Çovdarov: “İstənilən rəqibə hörmətlə yanaşmalıyıq”

UEFA Çempionlar Liqasının əsas mərhələsində sabah İsveç çempionu “Orebro” klubu ilə qarşılaşacaq “Araz-Naxçıvan” hazırlığını matçların keçiriləcəyi Bosniya və Herseqovinanın Mostar şəhərində davam etdirir.

Futbolxeber.az saytının məlumatına görə, bir müddət idi zədəli olan və komandanın hazırlıq prosesindən kənarda qalan Ramiz Çovdarov da artıq məşqlərə qoşulub.

Azfutzal.az-a açıqlama verən təcrübəli futzalçı həm öz durumuna aydınlıq gətirdi, həm də komandadakı vəziyyətlə bağlı danışdı.

“Məşqlərə başlamışam, komandanın Mostardakı hazırlıq prosesinə də qoşuldum. Amma tam hazır olduğumu deyə bilmərəm. Zədəm tam sağalmayıb. Çalışacam oyunlarda komandama kömək edim, lakin bu matçlarda iştirak etmək mənim üçün bir qədər riskli ola bilər. Yenə deyirəm, zədəm tamamilə sağalmayıb, hər an nəsə ola bilər. Baş məşqçi vəziyyəti bilir, meydana nə vaxt daxil olacağımla, neçə dəqiqə oynayacağımla bağlı o qərar verəcək.

Komanda oyunlara mümkün qədər yaxşı hazırlaşmağa çalışır. Ancaq zədəli oyunçuların olması işimizi axsadır. Mən də daxil olmaqla 4 futzalçı zədəlidir. Zədəlilərdən kimlərin oynaya biləcəyi hələ məlum deyil. Oyun ərəfəsində bu müəyyənləşəcək. Atmosferi korlayan da bu məqamdır. İstənilən halda, mübarizə aparacağıq. Əlbəttə, məqsədimiz növbəti mərhələyə yüksəlməkdir.

“Orebro” haqda geniş məlumata malik deyiləm. Baş məşqçi komandaya rəqibin oyununu göstərib, söhbət edib. Həmin yığıncaqda fizioterapevt yanında olduğuma görə, iştirak edə bilməmişəm. Yəqin ki, oyunöncəsi yenidən bunu edəcək, necə oynamalı olduğumuzu deyəcək. Ancaq kimliyindən asılı olmayaraq, istənilən rəqibə hörmətlə yanaşmalı, gücünü kiçiltməməliyik”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30