30 Aprel 2024, Çərşənbə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

Millimizin hücumçusu: “Təəssüf ki, belə məğlubiyyətlə üzləşdik”

21 yaşadək futbolçulardan ibarət milli Azərbaycan millisinin hücumçusu Ağadadaş Salyanski Avro-2025-in seçmə mərhələsi çərçivəsində İngiltərə seçməsinə 1:5 hesabı ilə məğlub olduqları görüşü şərh edib.

Futbolxeber.az saytına müsahibəsində o, böyükhesablı yenilgiyə görə təəssüfləndiyini bildirib: “Rəqib çox güclü idi. Bunu hər kəs bilir. Onların futbolçuları İngiltərə Premyer Liqasında çıxış edirlər. “Mançester Siti”, “Liverpul” kimi klublarda formada geyirlər. Buna baxmayaraq, görüşə yaxşı hazırlaşmışdıq. Təəssüf ki, belə məğlubiyyətlə üzləşdik. İstəməzdik bu cür hesabla uduzaq”.

A.Salyanski növbəti görüşə də toxunub: “3 gün sonra Ukrayna millisi ilə qarşılaşacağıq. Onlara qarşı bir dəfə oynamışıq. Bu dəfə daha yaxşı nəticə qazanmağa çalışacağıq”.

Fərəc ASLANOV

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30