30 Aprel 2024, Çərşənbə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

“Qarabağ” Juninyoya görə 8 milyon avro istədi

“Beşiktaş”ın idman direktoru Samet Aybaba "Qarabağ"ın futbolçusu Olavio Juninyonun transferinə görə klub nümayəndələri və hücumçunun özü ilə görüşüb.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Türkiyənin “Fotosport” nəşri xəbər yayıb.

Aybabanın UEFA Avropa Liqasının 1/8 finalında "Qarabağ"ın Leverkuzendə "Bayer"lə oyununu canlı izlədiyi və futbolçunu bəyəndiyi bildirilib. Xəbərdə qeyd olunub ki, klub rəsmisi daha sonra "Neftçi"nin sabiq hücumçusu, hazırda "Partizan"da çıxış edən Mateus Saldanyanın oyununu izləyib və "Beşiktaş"a onun yox, Juninyonun daha faydalı olacağı qənaətinə gəlib.

"Qarabağ"ın isə braziliyalı hücumçu üçün "Beşiktaş"dan 8 milyon avro istədiyi bildirilib. İstanbul klubu üçün hazırda bu məbləğin çox olduğu, ancaq "Beşiktaş" tərəfinin növbəti görüşlərdə qiymətin uyğun bir həddə gətiriləcəyinə inandığı vurğulanıb.

Qeyd edək ki, bu mövsüm Juninyo "Qarabağ"ın heyətində meydana çıxdığı 43 matçda 23 qol və 7 qol ötürməsi edib. Onun “Qarabağ”la müqavilə müddəti 2026-cı ilin iyununa qədərdir (qol.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30